AZ EN RU

Basketbol komandamızdan inamlı qələbə

    Naxçıvan Muxtar Respublika Basketbol Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Dövlət Universiteti ilə İqdır Universitetinin tələbələrdən ibarət basketbol komandaları arasında yoldaşlıq görüşü keçirilib.
    İqdır Universitetində keçirilən görüşdən öncə çıxış edən universitetin rektoru Mehmet Hakkı Alma Naxçıvan Dövlət Universiteti ilə olan əlaqələrdən bəhs edib. Qeyd olunub ki, Türkiyə və Azərbaycan arasında təhsil sahəsində də mövcud olan uğurlu əməkdaşlıq hər iki universitetin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Mehmet Hakkı Alma İqdır Universiteti adından Naxçıvan Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşən Məmmədova hədiyyə təqdim edib.
    Yoldaşlıq görüşünə gəlincə daha üstün oyun sərgiləyən Naxçıvan komandası meydanı 46:42 hesablı qələbə ilə tərk edib.
    Sonda universitet rektoru Mehmet Hakkı Alma qalib komandaya kubok təqdim edib. 

Ceyhun MƏMMƏDOV
 

Nəşr edilib : 22.04.2022 18:16