AZ EN RU

Baş Prokurorluq: Yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir

Bildiyiniz kimi, Silahlı Qüvvələrimiz tərəfindən lokal xarakterli antiterror tədbirləri çərçivəsində mülki şəxslər və heç bir mülki obyekt hədəfə alınmır. Yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir. Lakin qanunsuz erməni silahlı birləşmələri tərəfindən 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, terror hücumları davam etdirilir, yenə də mülki şəxslər, mülki infrastrukturu və yaşayış binaları hədəfə alınır.

Bu sözləri Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov sentyabrın 20-də keçirilən brifinqdə söyləyib.

O qeyd edib ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən sentyabrın 19-da törədilmiş terror aktı nəticəsində qətlə yetirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı işğaldan azad olunan ərazilərimizdə yol infrastrukturunun qurulması məqsədilə orada çalışırdı. Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində 4 polis əməkdaşı isə hər hansı hərbi əməliyyatlara cəlb olunmayan, sadəcə qeyd olunan ərazidə ictimai-asayişi bərpa etmək məqsədilə ezam olunmuş şəxslər idi.

Nəşr edilib : 20.09.2023 10:39