AZ EN RU

Baş Prokurorluq: Binəqədi rayonunda sexdə baş vermiş partlayışla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonunun A.Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Nəşr edilib : 15.01.2024 14:56