AZ EN RU

Baş nazir: Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə misli görülməmiş tərəqqiyə nail olub

Müstəqilliyin bərpasından sonra Ümummilli Liderin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə misli görülməmiş inkişafa və tərəqqiyə nail olub. Cari ildə biz İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20 illiyini qeyd edirik. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev onun strateji inkişaf xəttini ardıcıllıqla və uğurla davam etdirərək müstəqil dövlətçiliyin və müasir inkişafın Azərbaycan modelini yaratdı.

Bu sözləri Baş nazir Əli Əsədov parlamentin dekabrın 5-də keçirilən plenar iclasında çıxışı zamanı söyləyib.

Baş nazir bildirib ki, ötən 20 il ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafa nail olması, insanların rifah halının daha da yaxşılaşdırılması, Azərbaycanın siyasi-iqtisadi imkanlarının genişləndirilməsi, müasir Ordumuzun yaradılması, ölkəmizin beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsi qazanılan uğurlardandır.

Nəşr edilib : 05.12.2023 14:08