AZ EN RU

Baş nazir Səbuhi Məmmədov: “Naxçıvanda orta aylıq nominal əməkhaqqı 18,7 dəfə, əhalinin sayı isə 25,4 faiz artıb”

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişinin 20 illiyi və Zəfər Gününün 3-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı Naxçıvan Muxtar Respublikasın Baş naziri Səbuhi Məmmədov son 20 ildə muxtar respublikada müşahidə olunan iqtisadi artım dinamikasına nəzər salıb.

Baş nazir qeyd edib ki, bu dövrdə sənaye məhsulu istehsalı 19,7 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 4,5 dəfə, informasiya və rabitə xidmətləri 11,9 dəfə, pərakəndə ticarət dövriyyəsi 4,2 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlər 4 dəfə artıb. Həmçinin dövlət büdcəsinin gəlirlərinin 18,4 dəfə, xərclərinin 12,8 dəfə, orta aylıq nominal əməkhaqqının 18,7 dəfə, əhalinin sayının isə 25,4 faiz artımı qeydə alınıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 04.11.2023 14:14