AZ EN RU

Baş nazir: "Rəsmi Tbilisi regionda sülh və sabitliyin bərqərar olmasına töhfə verməyə hazırdır"

"Rəsmi Tbilisi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına töhfə verməyə hazırdır".
Bu sözləri İrəvanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyan ilə görüşdən sonra keçirilən brifinqdə söyləyib.
İ. Kobaxidze bildirib ki, tərəflər görüşdə ikitərəfli münasibətlərlə bərabər regional hadisələri müzakirə ediblər, çağırışlara qarşı birgə səylərin vacibliyini vurğulayıblar.
İrakli Kobaxidze deyib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyə kömək edir və Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanacağına ümid edir: “Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesi uğurla nəticələnəcək. Gürcüstan regionda sülhün və sabitliyin təmin olunmasında öz müsbət rolunu oynamağa hazırdır”.

Nəşr edilib : 25.03.2024 16:03