AZ EN RU

Baş nazir Əli Əsədov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 5-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələrdə dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Söhbət zamanı, həmçinin Azərbaycan-Rusiya qarşılıqlı faydalı tərəfdaşlığının gündəliyində yer alan aktual məsələlər müzakirə edilib.

Nəşr edilib : 05.12.2022 17:47