AZ EN RU

Baş nazir Əli Əsədov Qırğızıstanın Baş nazirinin dəvəti ilə bu ölkəyə işgüzar səfər edib

Avqustun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarovun dəvəti ilə bu ölkəyə işgüzar səfər edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Baş nazir Ə.Əsədov Çolpon-Ata şəhərində Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında qonaq qismində iştirak edəcək, həmçinin bir sıra ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.

Nəşr edilib : 25.08.2022 14:40