AZ EN RU

Baş nazir Əli Əsədov Almaniyanın “Knauf” Şirkətlər Qrupunun nümayəndə heyəti ilə görüşüb

İyunun 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Almaniyanın “Knauf” Şirkətlər Qrupunun nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə “Knauf” şirkətinin Azərbaycanda uzunmüddətli uğurlu fəaliyyəti barədə məlumat verilib. Həmçinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Nəşr edilib : 06.06.2024 18:02