AZ EN RU

Baş dövlət baytarlıq müfəttişi: Azərbaycanda heyvanlar arasında kəskin, xüsusi təhlükəli infeksion xəstəlik mövcud deyil

Hazırda Azərbaycanda heyvanlar arasında hər hansı kəskin, xüsusi təhlükəli infeksion xəstəlik mövcud deyil.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan regional olaraq bir sıra xüsusi təhlükəli heyvan xəstəliklərinə görə endemik qeyri- sağlam zonada yerləşir.

Şöbə müdiri vurğulayıb ki, dövlətin dəstəyi ilə qanunvericilik çərçivəsində xüsusi təhlükəli xəstəliklərə qarşı planlı tədbirlər həyata keçirilir.

"Tədbirlərin planlaşdırılması və onların icrasına nəzarət Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Tədbirlərin icrası isə Kənd Təsərrüfatı Nazirliyi və onun aidiyyəti qurumlarının nəzarətindədir" - deyə Q. Əbdüləliyev qeyd edib.

Nəşr edilib : 02.07.2024 11:07