AZ EN RU

Bank əməkdaşlarının yaradıcılıq tədbiri keçirilib

    Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə “Naxçıvan Palace”da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş istedadlı bank əməkdaşlarının yaradıcılıq tədbiri keçirilib.
    Ölkədə banklar arasında ilk dəfə keçirilən tədbirdə Mərkəzi Bankın baş direktoru Gülər Paşayeva, İR departamentinin direktoru Oksana İsmayılova, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Cəbi Quliyev və Ülviyyə Həmzəyeva, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası İdarəsinin rəisi Vüsal Ələkbərli və digər qonaqlar iştirak edib.
    Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur, silsilə tədbirlər keçirilir. Bu gün keçirilən yaradıcılıq tədbiri də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.
    Sonra Mərkəzi Bankın baş direktoru Gülər Paşayeva çıxış edib. O, tədbirdə iştirak edən bütün istedadlı gənclərə uğurlar arzulayıb.
    Tədbirin davamında Ümummilli Liderin həyatından bəhs edən videoçarxa baxış olub.
    Daha sonra tədbir iştirakçıları muxtar respublikada fəaliyyət göstərən bankların əməkdaşlarının hazırladığı rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
    Tədbir müxtəlif videoçarxlar və bank əməkdaşlarının hazırladığı musiqi nömrələrinin ifaları ilə davam edib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 08.06.2023 18:57