AZ EN RU

Balıqçılıq təsərrüfatlarının inventarlaşması işi başa çatdırılmışdır

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən balıqçılıq təsərrüfatlarının inventarlaşması işi başa çatdırılmışdır. Yeni balıqçılıq təsərrüfatlarının yaradılmasının və fəaliyyətlərini dayandıranların təşviqi, akvakultura təsərrüfatlarının qeydiyyatı üçün sənədləşmənin aparılması mövzusunda sahibkarlarla görüş keçirilmişdir. 

Qeyd edək ki, Qarabağlar Qızılxallı Farel Balıqçılıq təsərrüfatına fəaliyyəti ilə əlaqədar şəhadətnamə verilmişdir.

Nəşr edilib : 16.12.2023 17:51