AZ EN RU

“Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilir

Yanvarın 29-da “Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilir.

"Şərq qapısı" xəbər verir ki, konfrans Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən irəli gələn vəzifələrin həlli məqsədilə yanvarın 29-dan fevralın 1-dək baş tutacaq.

Konfransda ətraf mühit, ekologiya, kənd təsərrüfatı, enerji və iqlim dəyişiklikləri sahələrində fəaliyyət göstərən 70-dən çox yerli, xarici dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. BMT-nin Gənclər Ofisindən İqlim üzrə Məşvərət Şurasının rəsmisinin də qatıldığı tədbir “Baku Decides” Gənclər Bəyənatının qəbulu ilə yekunlaşacaq.

Nəşr edilib : 29.01.2024 12:24