AZ EN RU

Bakıdan gələn həkim briqadası Naxçıvanda ödənişsiz tibbi aksiya keçirəcək

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və “Məlhəm” Beynəlxalq Hospitalın birgə təşkilatçılığı ilə Naxçıvan Diaqnostika Müalicə Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Sevgi ən böyük məlhəmdir!” şüarı altında tibbi aksiya keçiriləcək.
    25-27 may 2023-cü il tarixlərdə baş tutacaq aksiya çərçivəsində “Məlhəm” Beynəlxalq Hospitalın 9 yüksəkixtisaslı həkim heyəti – oftalmoloq-cərrahlar, tibb üzrə elmlər doktoru Aytən Sultanova və tibb üzrə fəlsəfə doktoru Leyla Qəhrəmanova, kardioloqlar uzman-cərrah Anar Həmidov və Mehriban İskəndərova, endokrinoloq Gülhar Əliyeva, uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Məmmədov, travmatoloq, uzman-cərrah Cavid Cəfərov, neyrocərrah, uzman-cərrah Teyyub Həsənov və daxili xəstəliklər uzmanı Sinaxanım Hüseynzadə muxtar respublika əhalisinə müxtəlif ixtisaslar üzrə ödənişsiz tibbi xidmət göstərəcək, tibbin müxtəlif istiqamətləri üzrə müayinə və  müalicələri həyata keçirəcəklər

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.05.2023 17:51