AZ EN RU

Bakıda Fransız Polineziyasının dekolonizasiya hüququ ilə bağlı konfrans keçiriləcək

Bakıda “Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək.

Tədbir mayın 30-u saat 15:00-da Milli Məclisdə baş tutacaq.

Konfransa Azərbaycanda səfərdə olan Fransız Polineziyası parlamentinin Komissiya rəhbərləri və katibləri, habelə ölkənin hakim “Tavını” partiyasının rəhbər heyəti də qatılacaq.

Eyni zamanda mayın 30-u saat 17:00-da parlamentdə qonaqların iştirakı ilə mətbuat konfransı da keçiriləcək.

Nəşr edilib : 29.05.2024 12:47