AZ EN RU

Bakıda erməni diversantın məhkəməsi başlayıb, iş üzrə 5 zərərçəkmiş var

Kəlbəcər rayonunda saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Cinayət işi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə araşdırılır.

Q.Voskanyanın hüquqlarını vəkil Dilsuz Məmmədov müdafiə edir.

İş üzrə 5 nəfər zərərçəkmiş var.

Nəşr edilib : 04.12.2023 10:49