AZ EN RU

Bakıda Azərbaycan və Rusiya XİN başçıları arasında geniştərkibli görüş başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında geniştərkibli görüş başlayıb.

Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib. 

Onun sözlərinə görə, nazirlər arasında təkbətək görüş başa çatıb.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başlayıb. 

Nəşr edilib : 28.02.2023 12:32