AZ EN RU

Bakıda "Ağ çiçəyim” gül mağazasında yanğın baş verib

Nəsimi rayonunda yanğın olub.
"Şərq qapısı" xəbər verir ki, hadisə Azadlıq prospektindəki "Ağ çiçəyim" gül mağazasında qeydə alınıb.
Əraziyə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər həyata keçirilir.

Nəşr edilib : 16.05.2024 00:01