AZ EN RU

Bahar Muradova oktyabrın 26-da Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oktyabr 26-sı, saat 10:00, Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qəbulda vətəndaşların ailə, qadın və uşaq məsələləri ilə bağlı ərizə, müraciət və təkliflərinə baxılacaq.

Nəşr edilib : 23.10.2023 18:29