AZ EN RU

Bahar Muradova: Azərbaycanda uşaqların hüquqları lazımi səviyyədə qorunur

Azərbaycanda uşaqların hüquqları lazımi səviyyədə qorunur. Xarici ölkələrdə çətin vəziyyətdə olan azərbaycanlı uşaqların ölkəmizə gətirilməsi diqqətdə saxlanılır.

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova Azərbaycan Hökumətinin BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasındakı dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edən Yekun Müşahidələrin müzakirəsi ilə bağlı iyunun 11-də keçirilən tədbirdə səsləndirib.

Komitə sədri BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası”na dair beşinci və altıncı birgə dövri məruzəsi ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, yekun müşahidələrlə bağlı artıq dördüncü görüş keçirilir. Ötən müddət ərzində müəyyən işlərin görüldüyünü diqqətə çatdıran B.Muradova tövsiyələrin müxtəlif istiqamətləri əhatə etdiyini deyib.

Onun sözlərinə görə, bəzi tövsiyələrlə bağlı hələ razılaşdırma işləri aparılır.

Yaşı 18-dən aşağı şəxslərin nikahına icazə verilməməsi barədə artıq qərar qəbul edildiyini deyən B.Muradova vurğulayıb ki, tövsiyələrlə bağlı qanunvericliyin təkmilləşdirilməsi zərurəti meydana çıxır. Bununla əlaqədar bir sıra qanunlarda dəyişiklik edilməsi nəzərdə tutulur.

Nəşr edilib : 11.06.2024 10:41