AZ EN RU

Bahar Muradova: Azərbaycan xalqına qarşı törədilən soyqırımını və verdiyimiz qurbanları heç zaman unutmayacağıq

Biz Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımı hadisəsini və verdiyimiz qurbanları heç zaman unutmayacağıq. Nə qədər unutqan olsaq, tarix o qədər təkrarlanan olar.
Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib.
O qeyd edib ki, Azərbaycan bir daha onun nə bir qarış torpağına ərazi iddiası, nə də hansısa vətəndaşına qarşı belə bir hadisə törədilməsinə imkan verməyəcək. “Bu gün bir çox dünya ölkəsi Azərbaycanın regionda və dünyada necə nüfuza, gücə malik olduğunu dərk edir. Azərbaycan qətiyyətli Liderə malik ölkədir. Biz 2020-ci ildən sonra baş verən hadisələr nəticəsində qürur dolu günlər yaşayaraq dünyaya öz sözünü deyən bir ölkəyə, xalqa çevrilmişik”.

Nəşr edilib : 26.02.2024 10:53