AZ EN RU

Bahar Muradova: Azərbaycan anaları fədakar olduqlarını Vətən müharibəsi dövründə bütün dünyaya nümayiş etdirdilər

Qurultayımızın 200 illik münaqişənin sona çatdırıldığı bir dövrdə keçirilməsi bizə ayrı bir qürur hissi yaşadır. Azərbaycan anası necə böyük ürəyə malik və Vətən üçün fədakar olduqlarını Vətən müharibəsi dövründə bütün dünyaya nümayiş etdirdi.

Bunu Azərbaycan Qadınlarının VI Qurultayının açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

B.Muradova Ulu Öndər Heydər Əliyevin Azərbaycanda qadın siyasətinə böyük önəm verdiyini və diqqət yetirdiyini diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə mütəşəkkil qadın hərəkatının əsasını qoyan Ümummilli Liderin diqqət və qayğısı sahəsində Azərbaycanda savadlı, ictimai həyatda fəal iştirak edən qadınlar yetişib.

“Ulu Öndər tərəfindən əsası qoyulan qadın siyasəti bu gün uğurla davam etdirilir. Hazırda ölkəmizdə qadınların hüquqları yüksək səviyyədə qorunur və bu sahədə qanunvericiliyin təkmillədirilməsi istiqamətində müvafiq tədbirlər görülür”, - deyə Bahar Muradova qeyd edib.

Dövlət komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyev də qadınların dövlət idarəçiliyində və cəmiyyətdə rolunu yüksək qiymətləndirir, onların rolunun artırılması istiqamətində müvafiq dövlət proqramları qəbul olunur.

Nəşr edilib : 19.10.2023 11:19