AZ EN RU

Bağdadda Azərbaycan-İraq biznes forumu keçiriləcək

Dekabrın 6-da Bağdadda “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiya”nın 3-cü iclası keçiriləcək.

Komissiyanın iclası çərçivəsində dekabrın 7-də Azərbaycan-İraq biznes forumu təşkil olunacaq.

Forumda Azərbaycan ilə İraq iş adamlarının əməkdaşlıq əlaqələri, qarşılıqlı sərmayə yatırımı və digər məsələlər müzakirə ediləcək.

Nəşr edilib : 05.12.2023 16:39