AZ EN RU

Babəkdə “ Açıq qapı” günü keçirilib

Noyabr ayının 17-də  Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları "Açıq Qapı" günləri çərçivəsində növbəti qəbulu Babək rayonunda təşkil ediblər.

Babək rayon İcra və probasiya şöbəsində baş tutan qəbul iş saatının sonunadək davam edib. Əməkdaşlar tərəfindən müraciətlər rəsmiləşdirilərək qeydiyyata alınıb, nazirliyin fəaliyyət istiqamətinə uyğun olmayan məsələlərlə əlaqədar daxil olan müraciətlər isə aidiyyəti üzrə yönləndirilib.  

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

 

 

Nəşr edilib : 18.11.2023 21:04