AZ EN RU

Babək və Ordubad rayonlarında vətəndaş qəbulu keçiriləcək

Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov 30 yanvar tarixində Babək rayonunda, 1 fevral tarixində isə Ordubad  rayonunda  vətəndaşları qəbul edəcək.

Babək rayon sakinləri 29  yanvar,  Ordubad rayon sakinləri isə 31 yanvar (saat 18:00-dək) tarixinədək 051 727 69 69 “WhatsApp” nömrəsinə müraciətin məzmununu qeyd etməklə qəbula yazıla bilərlər.

Qeyd edək ki, vətəndaş qəbulu  yuxarıda qeyd edilən tarixlərdə  saat 15:00-dan 18:00-dək  Babək və Ordubad rayon Təhsil Şöbələrinin inzibati binalarında  keçiriləcək.

Nəşr edilib : 26.01.2024 17:41