AZ EN RU

Babək rayonunun Sirab kəndində səyyar görüş keçirilib

Babək rayonunda sakinləri narahat edən məsələlərin yerində araşdırılaraq öyrənilməsi və onların müxtəlif sahələrdə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması məqsədilə davamlı olaraq rayon mərkəzi ilə yanaşı, kəndlərdə də səyyar qəbullar həyata keçirilir. Növbəti səyyar qəbul Sirab kənd mərkəzində təşkil olunub. Qəbulda icra hakimiyyətinin rəsmiləri, kəndin icra nümayəndəsi, rayon idarə və müəssisələrin rəhbərləri iştirak edib.

Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov sakinləri salamlayaraq ölkəmizdə, eləcə də Babək rayonunda dövlətimiz tərəfindən həyata keçirilən islahatlar, layihələr, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” haqqında ətraflı məlumat verib.    

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunub və müvafiq qurumlara tapşırıqlar verilib.      

Görüş kənd sakinləri tərəfindən razılıqla qarşılanıb və onlar əhalinin rifahının yaxşılaşdırılması sahəsində həyata keçirilən işlərə görə dövlətimizə minnətdarlıqlarını ifadə ediblər.

Nəşr edilib : 24.05.2024 09:33