AZ EN RU

Babək rayonundakı sahibsiz itlərlə bağlı - Babək Rayon İcra Hakimiyyətindən açıqlama

Məlumat üçün bildirilir ki, sahibsiz itlərin zərərsizləşdirilməsi, ərazidən uzaqlaşdırılması işləri Babək rayonu ərazisində də mütəmadi olaraq davam etdirilir. Vətəndaşlar tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə və bələdiyyələrə sahibsiz itlərin zərərsizləşdirilməsi ilə bağlı müraciət daxil olan zaman bu barədə Babək Rayon Kommunal Müəssisələr Kombinatına məlumat verilir. Babək Rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən sahibsiz itlər mütəmadi olaraq zərərsizləşdirilərək sahibsiz itlərin saxlanılması məntəqəsinə təhvil verilir. 
Əlavə olaraq bildirilir ki, 12 mart 2023-cü il tarixdə rayonun Sirab kəndi ərazisində 13 ədəd sahibsiz it zərərsizləşdirilərək sahibsiz itlərin saxlanılması məntəqəsinə təhvil verilmişdir.

Nəşr edilib : 13.03.2024 09:09