AZ EN RU

Babək rayonunda və Şahbuz şəhərində baş verən yanğınlar söndürülüb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonunun Şıxmahmud kəndində ot bağlamalarında, Şahbuz şəhərində isə həyətyanı sahədə yanğın baş verməsi barədə məlumatlar daxil olub.

"Şərq qapısı" xəbər verir ki, məlumatlarla əlaqədar Babək və Şahbuz Dövlət Yanğından Mühafizə hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğınlar qısa müddətdə söndürülüb.

Nəşr edilib : 06.06.2024 15:31