AZ EN RU

Babək rayonunda təlim keçirilib

2023-cü il dekorativ tətbiqi sənətin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı ailələrin üzvü olan qadınlar  arasında dekorativ tətbiqi sənətin bədii tikmə növü üzrə təlim keçirilib.
Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şəfa Babayeva tədbiri giriş sözü ilə açaraq tədbirin mahiyyətindən bəhs edib. 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova  çıxış edərək bildirib ki, ölkənin ictimai, siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınlar hər zaman  xüsusi rol oynayır. Muxtar respublikada bütün sahələrdə olduğu kimi qadınların məşğulluğu diqqətdə saxlanılır. Bildirilib ki, muxtar respublikada qadınların istedad və bacarıqlarının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində onların potensiallarından istifadə edilməsinə xüsusi diqqət yetirilir.
Həmçinin qadınlar arasında, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar, eləcə də yuxarı sinif şagirdləri arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir. Bu gün Babək rayonunda həyata keçirilən dekorativ tətbiqi sənət sahəsinin bədii tikmə növü üzrə təliminin də görülən işlərin davamı olduğu qeyd edilib.

Təlim istedadlı qadın Gülsüm Kəngərli tərəfindən 28 nəfər arasında əyani vəsaitlərdən istifadə  edilərək həyata keçirilib. Təlim  iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası

Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin

mətbuat xidməti

Nəşr edilib : 07.08.2023 15:33