AZ EN RU

Babək rayonunda su təsərrüfatı sahəsində işlər uğurla icra edilir

    Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsindən aldığımız məlumata görə, bu ilin noyabr ayında idarə tərəfindən kanal və arxlarda lildən təmizləmə işləri aparılıb, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülüb. Hidrotexniki qurğularda təmir işləri yerinə yetirilib, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və su ehtiyatlarından qənaətlə istifadəyə imkan verən müasir suvarma sistemlərinin quraşdırılması davam etdirilib. 
    Məlumatda qeyd olunur ki, ötən ay Babək rayonu ərazisində yerləşən arxlarda 4910, kanallarda 1400 metr lildən təmizləmə işləri aparılıb. Bu dövrdə 950 metr yeni içməli su, 230 metr kanalizasiya xətti çəkilib, 169 metr içməli su, 12 metr kanalizasiya xəttində təmir-bərpa işləri görülüb. Noyabr ayında 30 metr suvarma, 150 metr təzyiqli boru xətlərində təmir-bərpa işləri icra edilib. Rayon ərazisində əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə 300 metr kaptaj qurğusunda təmir işləri aparılıb. Bəhs olunan dövrdə torpaqların şoranlaşmasının qarşısını almaq məqsədilə 100 metr qapalı drenaj şəbəkəsi tikilib. 

Nəşr edilib : 21.12.2022 19:05