AZ EN RU

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Babək rayonunun Şıxmahmud kəndində şəhidlərimizin əziz xatirəsinin yaşadılması üçün Şəhidlər bulaq abidə  kompleksi tikilir.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki,  Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən bulaq abidə  kompleksinin su təminatının yaxşılaşdırılması üçün müvafiq işlər görülüb. Belə ki, idarə tərəfindən əraziyə texnikalar cəlb edilib. İdarə əməkdaşlarının və texnikaların köməyi ilə kompleksin yaxınlığından keçən dəmir boru çıxarılaraq kənarlaşdırılıb. Həmin borunun yerinə diametri 300 millimetr olan 16 metr uzunluğunda azbest boru salınıb. Borunun ətrafı hamarlanaraq düzəldilib. Həmçinin bulaq abidə  kompleksinə yeni içməli su xətti çəkilib.


Nail ƏSGƏROV

Nəşr edilib : 03.05.2024 19:55