AZ EN RU

Babək rayonunda minik avtomobilində yanğın olub

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonunun Zeynəddin kəndində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “Volkswagen" Touareg markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində avtomobilin salon hissəsi yanıb, ön və qapı şüşələri istiliyin təsirindən yararsız vəziyyətə düşüb

Nəşr edilib : 28.05.2024 12:29