AZ EN RU

Babək rayonunda “Hamılıqla səs verək” başlığı altında tədbir keçirilib

Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Vətən Müharibəsi İştirakçıları İctimai Birliyinin və Babək Rayon Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Hamılıqla səs verək” başlığı altında tədbir keçirilib.
​Tədbirə başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
​Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi işçitakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Asif Hacıyev tədbirdə çıxış edərək bildirib ki, fevralın 7 – də Azərbaycan Respublikasında prezident seçkiləri keçiriləcək. Bu seçkilərin demokratik və şəffaf keçiriləcəyinə tam əminik. Seçkiləri yerli müşahidəçilərlə birgə xaricdən gələn müşahidəçilər də izləyəcək.
​Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Naxçıvan təşkilatının sədri Rövşən İsmayılxanlı, AVMVİB Babək rayon özəyinin sədri Afiq Həsənov, AVMVİB Naxçıvan təşkilatının üzvü Məhərrəm Həsənov və AVMVİB Sədərək rayon özəyinin sədri Kəmaləddin Zamanov mövzu ətrafında çıxışlar ediblər. 
​Tədbirin bədii hissəsində səslənən musiqi nömrələri izləyicilərin alqışları ilə qarşılanıb.

Nəşr edilib : 14.01.2024 13:17