AZ EN RU

Babək rayonunda fərdi yaşayış evini yandıran şəxs ölüb

Babək rayonunda fərdi yaşayış evini yandıran şəxs ölüb
"Şərq qapısı" xəbər verir ki, Babək rayonu Didivar kəndində öz fərdi yaşayış evini yandıran kənd sakini Allahverdiyev Nurəddin Tarverdi oğlu hadisədən 3 saat sonra vəfat edib. Onun ölümünə səbəb isə ilkin olaraq, tüstüdən zəhərlənməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Babək rayonu, Didivar kəndində fərdi yaşayış evində yanğın barədə məlumat daxil olub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.
İlkin məlumata görə, ev sahibi, 1960-cı il təvəllüdlü mərhum Allahverdiyev Nurəddin Tarverdi oğlu spirtli içki qəbul etdikdən sonra evini yandırıb.

Nəşr edilib : 09.05.2024 23:01