AZ EN RU

Babək rayonunda çörək emalı müəssisəsində nöqsanlar aşkar olunub

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Babək rayonunda fəaliyyət göstərən çörək emalı müəssisəsində plandankənar yoxlama aparılıb.
Agentlikdən "Şərq qapısı"na bildirilib ki, yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, emal müəsisəsində sanitar gigiyenik qaydalara əməl olunmadığı, istifadə olunan alət və avadanlıqların yararsız olduğu, dezinfeksiya işlərinin aparılmadığı, döşəmə və tavanın tamlığının pozulduğu, obliqat qrup işçilərin dövri tibbi müayinədən keçmədiyi müəyyənləşib. Faktla bağlı sahibkar barəsində protokol tərtib olunub, müvafiq məhdudlaşdırıcı qərar qəbul edilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 21.05.2024 19:01