AZ EN RU

Babək rayonunda borclularla maarifləndirici görüş keçirilib

Martın 29-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsi və İcra və probasiya şöbəsi tərəfindən Babək Rayon İcra və Probasiya Şöbəsində şöbənin icraatında olan icra sənədləri üzrə borclu şəxslərlə maarifləndirici görüş keçirilib
Tədbirdə nazirliyin əməkdaşları Rəşad Allahverdiyev və Zamin Nəbiyev çıxış edərək, icra sənədlərinin icra olunması, alimentin hesablanması və ödənilməsi, eyni zamanda məhkəmə qərarları üzrə məbləğlərin hissə-hissə ödənilməsi üçün məhkəməyə müraciət edilməsi qaydası və cinayət məsuliyyəti barədə qanunvericilkdən irəli gələn əsas məqamlar barədə məlumat veriblər. 
Bildirilib ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir və məhkəmə və digər orqanların qərarlarının borclu şəxslər tərəfindən qərəzli olaraq icra edilməməsi hüquqi məsuliyyət yaradır.
Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilib.

Nəşr edilib : 30.03.2024 12:15