AZ EN RU

Babək rayonunda açıq ərazidə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Babək rayonunun Cəhri qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənləşdirilib ki, açıq ərazidə baş vermiş yanğının qısa müddətdə genişlənərək bitişik yerləşən həyətyanı sahələrə keçmə riski yüksəkdir.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində alovun genişlənməsinə, o cümlədən həyətyanı sahələrə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazi 600 kvadratmetr sahədə və iki ağac yanıb. Ətraf ərazilər, o cümlədən həyətyanı sahələr alovdan mühafizə olunub.

Nəşr edilib : 13.07.2023 17:31