AZ EN RU

Babək rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

Tədbirə başlamazdan əvvəl Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov şəhid və qazi övladları ilə görüşüb. Görüşdə icra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin şəhidlərin əziz xatirəsini daim uca tutduğunu və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Rasim Hüseynov uşaqları  31 Dekabr –  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək onlara bayram hədiyyələri təqdim edib.

Sonra Babək şəhərinin Mərkəzi meydanında mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə konsert keçirilib.

 

Nəşr edilib : 30.12.2023 16:04