AZ EN RU

Babək rayonunda 10 yaşlı uşağı avtomobil vurub

Hadisə bu gün rayonun Badaşqan kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2013-cü il təvəllüdlü Mehdizadə Ziya Ziyafət oğlu yolu keçərkən avtomobil vurub. Zərərçəkən təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 05.09.2023 14:22