AZ EN RU

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

"Şərq qapısı" xəbər verir ki, hadisə rayonun Badaşqan kəndi ərazisində qeydə alınıb. 67-BK-444 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobil yoldan çıxaraq meyvə bağına aşıb. Hadisə nəticəsində avtomobildə olan 3 şəxsdən ikisi - Babək rayon Sirab kənd sakinləri 2000-ci il təvəllüdlü İbrahimov Ramin Ağalar oğlu və 2001-ci il təvəllüdlü Səfərli Ənvər Şahin oğlu xəsarət alıblar. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 02.05.2024 02:25