AZ EN RU

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib, ana və oğlu xəsarət alib

Hadisə rayonun Badaşqann və Hacıvar kəndləri arasında olan yolda qeydə alınıb. Belə ki, avtomobil yolu qarşı tərəfə keçən Badaşqa kənd sakini  1987-ci il təvəllüdlü Əzimli Əfsanə Adil qızını və onun övladı 2011-ci il təvəllüdlü Əzimli Tahir Sübhan oğlunu vurub. Zərərçəkənlər əvvəlcə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, daha sonra isə Naxçıvan Sağlamlıq Mərkəzinə aparılıblar. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 07.12.2023 12:06