AZ EN RU

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Şərq qapısı" xəbər verir ki, Uzunoba yolu ətrafında qeydə alınan hadisə zamanı 67-BJ-983 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili aşıb. Hadisə nəticəsində avtomobildə olan 4 nəfər - 2001-ci il təvəllüdlü Abuzərov İbrahim Nuhali oğlu, 1988-ci il təvəllüdlü İsmayılov Yusif Həsən oğlu, 1995-ci il təvəllüdlü Ələkbərov Elvin  Hüseyn oğlu və sürücü, 1961-ci il təvəllüdlü Əliyev Zahid Firudin oğlu xəsarət alıblar. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 24.03.2024 12:39