AZ EN RU

Babək rayon prokurorluğunun əməkdaşları məktəblilərlə maarifləndirici tədbir keçirib

Babək rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun  Nehrəm qəsəbə 2 nömrəli  tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilmişdir. Tədbirdə Babək rayon polis idarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektou, məktəbin direktoru və psixoloqu iştirak etmişdir.
Babək rayon prokurorunun müavini, I dərəcəli hüquqşünas Afət Kərimli "14 yaşına çatmış şəxslərin cinayət məsuliyyəti” başlıqlı mövzu ilə bağlı və rayon prokurorunun böyük köməkçisi I dərəcəli hüquqşünas Camal Sadiqov “Narkomaniya və müasir gənclik” başlıqlı mövzu ilə çıxış etmişlər.
Sonda şagirdlər tərəfindən verilmiş suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır.

Nəşr edilib : 25.02.2023 18:49