AZ EN RU

AzQAC-ın növbədənkənar XXVI Baş Məclisi keçirilir

Dekabrın 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) növbədənkənar XXVI Baş Məclisi öz işinə başlayıb.

Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə 400 nəfərə yaxın nümayəndə iştirak edir.

Qeyd edək ki, AzQAC-ın 350 min üzvü var. Hazırda Qızıl Aypara Cəmiyyətinin respublikamızdakı səmərəli fəaliyyəti üçün zəruri qanunvericilik bazası və əlverişli şərait yaradılıb. Qurumun nəcib məqsədlərinə və əməli fəaliyyətinə hörmət əlaməti olaraq Azərbaycan Prezidentinin Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Qızıl Aypara Günü kimi qeyd olunur.

Nəşr edilib : 21.12.2023 10:38