AZ EN RU

Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün aprelin 27-də Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərinə səfər edəcək.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
O, tədbirdə müzakirəyə çıxarılacaq məsələlərin müzakirəsinə qatılacaq.
Səfər aprelin 30-da başa çatacaq.

Nəşr edilib : 26.04.2024 22:25