AZ EN RU

Azərbaycanla Qazaxıstan arasında dənizçilərin diplomları qarşılıqlı tanınacaq

Azərbaycanla Qazaxıstan arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomları qarşılıqlı tanınacaq.

Bununla bağlı məsələ “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında layihə səsverməyə qoyularaq qəbul edilib.

Nəşr edilib : 21.05.2024 12:41