AZ EN RU

Azərbaycanın “yaşıl enerji” sektorunun inkişafı sahəsində ABŞ şirkətləri ilə tərəfdaşlıq imkanları müzakirə edilib

ABŞ Dövlət Departamenti ilə Azərbaycanın energetika, o cümlədən “yaşıl enerji” sektorunun inkişafı sahəsində ABŞ şirkətləri ilə tərəfdaşlıq imkanları müzakirə edilib.

Müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun ABŞ Dövlət Departamentinin çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kamian ilə keçirdiyi görüşdə aparılıb.

Görüşdə Azərbaycanın ABŞ ilə ikitərəfli münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, iqtisadi məsələlərə həsr edilmiş görüşlər və işgüzar tədbirlər iqtisadi-ticarət əməkdaşlığını stimullaşdırır. Azərbaycanda reallaşdırılan iqtisadi tədbirlər, yaradılmış əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizin iqtisadi imkanları, eləcə də COP29 çərçivəsində görülən işlər barədə məlumat verilib.

Nəşr edilib : 05.06.2024 16:55