AZ EN RU

Azərbaycanın xarici işlər naziri Xorvatiyaya rəsmi səfərə yola düşüb

Sentyabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramov ilə Xorvatiya xarici və Avropa işləri naziri Qordan Qrliç Radman və Xorvatiyanın digər yüksək vəzifəli rəsmi şəxsləri arasında görüşlərin keçirilməsi nəzərdə tutulur.

Səfər zamanı, həmçinin nazir Ceyhun Bayramovun Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş dəyirmi masa müzakirələrində iştirakı və çıxışı gözlənilir.

Nəşr edilib : 05.09.2023 17:36