AZ EN RU

Azərbaycanın xarici işlər naziri Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində paytaxt Tbilisidə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

Nazir abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Ceyhun Bayramov, həmçinin Tbilisidə yerləşən "Qəhrəmanlar meydanı" abidəsini də ziyarət edib.

Nəşr edilib : 27.06.2024 15:36