AZ EN RU

Azərbaycanın xarici işlər naziri Birləşmiş Krallığa işgüzar səfərə gedib

İyunun 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan ilə Birləşmiş Krallıq arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub.

Səfər çərçivəsində nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.

Nəşr edilib : 19.06.2023 12:16